“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

BDU THİK təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib.

BDU THİK təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın bağlanış mərasimi keçirilib.Daha sonra idman yarışlarının qalibləri elan olunub.Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarışlarda BDU-nun bütün fakültələrindən 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.Spartakiada çərçivəsində keçirilən fakültələrarası futbol turnirində Tarix fakültəsi I, Hüquq fakültəsi II, Coğrafiya fakültəsi isə III yeri qazanıb. Voleybol yarışlarında Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi I, Ekologiya və torpaqşünaslıq fakültəsi II, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi isə III yeri tutub.Şəxsi birincilik yarışlarının qalibləri də mükafatlandırılıb. Şahmat üzrə qızlarda şəxsi birincilik yarışının qalibləri:1.İbrahimova Türanə (Hüquq fakültəsi)2. Allahverdiyeva Solmaz (Mexanika- riyaziyyat fakültəsi)3. Əlizadə Firavan (Hüquq fakültəsi ) Şahmat üzrə oğlanlarda şəxsi birincilik yarışının qalibləri:1. İlyaslı Uğur (Hüquq fakültəsi)2. Bayramov Ülvi (Kimya fakültəsi)3. Ağayev Elmin (Biologiya fakültəsi)Dama üzrə qız-oğlan şəxsi birincilik yarışının qalibləri:1. Yüzbaşıyeva Nərmin (Mexanika-riyaziyyat fakültəsi2. Səfiyev Fəxrəddin (Hüquq fakültəsi)3. Əliyev Sübhan (Kimya fakültəsi) Stolüstü tennis üzrə qızlarda şəxsi birincilik yarışının qalibləri:1. Ələkbərova Fatimə (Kimya fakültəsi)2. Barbaşteh Aynaz (Hüquq fakültəsi)3. Hüseyn Xədicə (Kimya fakültəsi) Stolüstü tennis üzrə oğlanlardaşəxsi birincilik yarışının qalibləri:1. Qasımzadə Əli (Hüquq fakültəsi)2. Babayev Ağababa (Sosial Elmlər və Psixologiya fakültəsi)3. Məmmədov Ziya (Sosial Elmlər və Psixologiya fakültəsi) Qaliblər kubok, medallarla və diplomlarla təltif olunublar.#bdu #thik #spartakiadaimage.png 1.37 MB

18.07.2023

BDU THİK təşkilatçılığı ilə Elvin Dadaşsoyun “ Öz biznesinə başla” adlı təlimi baş tutub

BDU THİK təşkilatçılığı ilə Elvin Dadaşsoyun “ Öz biznesinə başla” adlı təlimi baş tutub

Bakı Dövlət Universiteti Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Elvin Dadaşsoyun “ Öz biznesinə başla” adlı təlimi baş tutub. Təlimin mövzusu uğurlu karyera və biznes olub. Təlimçi biznes və karyera sahəsindəki addımlar barədə danışmış, öz təcrübələrini tələbələrlə bölüşmüşdür. Təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb.Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, tələbələrin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.#bdu #thik #filologiya #təlim

18.07.2023

BDU THİK təşkilatçılığı ilə Simvologiya sahəsinə aid təlim keçirilib.BDU THİK təşkilatçılığı ilə Simvologiya sahəsinə aid təlim keçirilib.

BDU THİK təşkilatçılığı ilə Simvologiya sahəsinə aid təlim keçirilib.BDU THİK təşkilatçılığı ilə Simvologiya sahəsinə aid təlim keçirilib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Simvologiya sahəsinə aid ikinci təlim baş tutub.Təlimçi Belçika Elmlər Akademiyasının Simvologiya seminarları iştirakçısı, BMT-nin beynəlxalq seminarlarının iştirakçısı, BDU THİK sədri Hacıbaba Mustafayev olub.Təlimin mövzusu "Orta əsr dövrlərinə aid simvollar" olub. Əsasən Orta əsr Qərb dövlətlərinin və cəgavər ordenlərinin  simvolikası haqqında məlumatlar verilib. Eyni zamanda BDU THİK sədri Hacıbaba Mustafayev simvolların semantikasının tarixi dövrlərdə dəyişməsinə xüsusi toxunub. Simvolun tarixi dövrlər çərçivəsində dəyişməsi və yenilənməsinin səbəblərini açıqlayıb. Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, tələbələrin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.#bdu #thik #simvologiya

18.07.2023

BDU THİK heyəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında

BDU THİK heyəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bir nəfəs qədər" tamaşasını izləyiblər.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültələr üzrə heyəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bir nəfəs qədər" tamaşasını izləyiblər.Tamaşanın mözusu qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub.Qeyd edək ki, pyesin müəllifi Samir Qulamovdur.Tələbələrə tamaşa və yaradıcı heyət haqqında ətraflı məlumat verilib.  Lahiyənin məqsədi tələbələrin teatr və konsertlərə marağının artırılmasıdır. #bdu #thik

18.07.2023

BDU THİK heyəti

BDU THİK heyəti "Park Cinema" şəbəkələrinin nümayəndələri ilə görüş keçirib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi "Park Cinema" şəbəkələrinin nümayəndələri ilə görüş keçirib.Görüşü BDU THİK sədri Hacıbaba Mustafayev açıq elan edib. BDU THİK və "Park Cinema" şəbəkələrinin dəstəyi ilə fəaliyyət göstərən RERH Cinema Klub  haqqında məlumat verib. Keçirilən qala gecəsində 155 tələbənin iştirakı barəsində məlumat verib. Bu layihənin tələbələrin təşəbbüsü olduğunu xüsusi vurğulayıb.Sonra "Park Cinema" şəbəkələrinin nümayəndələri Marketinq departamentinin rəhbəri Üzeyir Abdullayev və Pr menecer Səbinə Bağırova çıxış edib. Onlar tələblərin bu təşəbbüsünü dəstəklədiklərini söyləyiblər.RERH Cinema Klubun təsisçiləri Rəvan Əliyev və Emil Bağızadə çıxış ediblər.Cinema Klubun fəalliyyət strukturu ilə bağlı məlumat veriblər.Xüsusi olaraq qeyd olunub ki, BDU THİK tərəfindən ərsəyə gətirilən "Khojaly Crime Against Humanity" sənədli filminin təqdimatı 26 fevral tarixində Park Cinemada baş tutacaq.Sonda BDU THİK heyəti "Park Cinema" şəbəkələrinin nümayəndələrinə dərin təşəkkürlərini bildiriblər.Qeyd edək ki, BDU THİK və "Park Cinema" şəbəkələrinin dəstəyi ilə fəaliyyət göstərən RERH Cinema Klub layihəsinin əsas məqsədi tələbələrin film sektoruna və yerli filmlərə maraqlarının artırılmasından ibarətdir.

18.07.2023

BDU THİK təşkilatçılığı çiçəkəkmə aksiyası keçirilib.

BDU THİK təşkilatçılığı çiçəkəkmə aksiyası keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş çiçəkəkmə aksiyası keçirilib.Aksiyada BDU-nun müxtəlif fakültələrinin tələbələri iştirak ediblər.Aksiyada 500-dək gül əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir. Eyni zamanda ictimaiyyətin, eləcə də tələbələrin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmağa, atmosferin oksigenlə zənginləşdirilməsinə yönəltməkdir.#BDU #HeydərƏliyev100 #THİK #Gül #Flower #aksiya

18.07.2023

BDU THİK sədri Hacıbaba Mustafayev  təhsil və səhiyyə mövzularında təşkil olunan beynəlxalq konfranslarda iştirak edib.

BDU THİK sədri Hacıbaba Mustafayev  təhsil və səhiyyə mövzularında təşkil olunan beynəlxalq konfranslarda iştirak edib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev 23-30 May tarixlərində təhsil və səhiyyə mövzularında təşkil olunan beynəlxalq konfranslarda iştirak səbəbi ilə İsveçrə Konfederasiyasında səfərdə olub. İlk olaraq 23 May tarixində Beynəlxalq Texniki və Akademik Tədqiqatlar İnstitutunun Cenevrə şəhərində “Təhsildə yeni texnologiyaların tətbiqi” mövzüsunda keçirilən konfransında məruzə ilə çıxış edərək əsasən THİK sədri olaraq fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetində son illərdə texnoloji sahənin inkişafına göstərilən diqqət və tələbələrə yeni texnologiyaların tətbiqi ilə öz layihələrini beynəlxalq səviyyədə nümayiş etdirmək üçün verilən dəstək ilə bağlı məlumat verib. Daha sonra 23-24 tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının 75-ci sessiyası çərçivəsində baş tutan “Təhsil müəssisələrində səhiyyənin təşkili” mövzusunda baş tutan iclasda iştirak edib. İclasın əsas məruzəçiləri olaraq Ümumdunya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreisus, Pakistanın Federal Səhiyyə naziri Abdul Qadir Patel, Banqladeşin Səhiyyə naziri Zahid Maliq, Finlandiya dövlət katibi Eila Makipa çıxış ediblər. İclasda Azərbaycan ilə bağlı sualı cavablandıran H. Mustafayev pandemiya dövründə təhsil müəssisələrində təhsil alanların sağlamlığının qorunması üçün yüksək səviyyədə tədbirlərin görüldüyünü qeyd edib.#bdu #thik #konfransimage.png 1.09 MBimage.png 1.23 MB

17.07.2023

BDU THİK heyətləri fəxri fərmanlarla təltif olunub.

BDU THİK heyətləri fəxri fərmanlarla təltif olunub.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin bütün fakültələrdən ibarət olan heyətləri ictimai fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunublar.Təltifetmə mərasimdə BDU THİK sədri Hacıbaba Mustafayev və BDU-nun Humanitar məsələlər və gənclərlə iş şöbəsinin müdiri Ramin Səmədov iştirak edib.Daim universitetin ictimai həyatında THİK heyətinin aktiv olduğu xüsusi vurğulanıb.Bununla yanaşı THİK tərəfindən həyata keçirilən bir sıra tədbirlərin, təlimlərin, turnirlərin, spartakiadanın uğurlu təşəbbüsləri barədə tələbələrə məlumat verilib və statistik məlumatlar təqdim edilib.Qeyd edək ki, 2022-23-cü tədris ilində tələbələrin sosial və ictimai sahədə aktiv fəaliyyətləri xüsusi nəzərə alınıb. İdarə heyətləri ilə yanaşı klub rəhbərləri də təltif olunub.IMG_5BF45A862CB2-2.jpeg 1.14 MBIMG_5BF45A862CB2-3.jpeg 1.08 MBIMG_5BF45A862CB2-4.jpeg 1013.96 KBIMG_5BF45A862CB2-5.jpeg 1.03 MBIMG_5BF45A862CB2-6.jpeg 987.99 KBIMG_5BF45A862CB2-7.jpeg 943.87 KBIMG_5BF45A862CB2-8.jpeg 1 MBIMG_5BF45A862CB2-9.jpeg 1000.96 KBIMG_5BF45A862CB2-10.jpeg 1.02 MBIMG_5BF45A862CB2-11.jpeg 1.02 MBIMG_5BF45A862CB2-12.jpeg 990.83 KBIMG_5BF45A862CB2-13.jpeg 1.07 MBIMG_5BF45A862CB2-14.jpeg 1.09 MBIMG_5BF45A862CB2-15.jpeg 1007.16 KB#bdu #thik #təltifetmə

17.07.2023

BDU THİK və “MH Films” tərəfindən ərsəyə gətirilən sənədli filmin “Park Cinema”da təqdimat mərasimi keçirilib.

BDU THİK və “MH Films” tərəfindən ərsəyə gətirilən sənədli filmin “Park Cinema”da təqdimat mərasimi keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “MH Films” tərəfindən ərsəyə gətirilən “Xocalı – insanlığa qarşı cinayət” sənədli filminin “Park Cinema”da təqdimat mərasimi keçirilib.Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev filmin Xocalı cinayətlərinin beynəlxalq arenada tanıdılması yolunda atılmış addımlardan biri olduğunu vurğulayıb.Milli Məclisin deputatı Naqif Mirzəyev çıxışında ermənilərin təcavüzkarlıq siyasəti, Xocalı soyqırımının dəhşətlərindən söhbət açıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində reallaşdırılan aksiyaların böyük əhəmiyyətini diqqətə çatdırıb.Filmin rejissoru, BDU THİK sədri Hacıbaba Mustafayev “Xocalı – insanlığa qarşı cinayət”in XX əsrin ən dəhşətli soyqırımı barədə həqiqətləri dünyaya çatdıracağını və iki beynəlxalq film festivalında nümayiş etdiriləcəyini deyib.Təqdimat mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri, Dünya Axıska Türkləri Birliyinin təmsilçisi Xalid Xəlilov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Qeyd edək ki, “Xocalı – insanlığa qarşı cinayət” sənədli filmi bir neçə beynəlxalq film festivalda yarışacaq.#bdu #thik #khojaly #parkcinemaimage.png 1.58 MBimage.png 1.3 MBimage.png 823.96 KBimage.png 1.44 MBimage.png 1.15 MBimage.png 863.99 KBimage.png 1.7 MBimage.png 895.45 KB

17.07.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo