BDU THİK heyəti
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi "Park Cinema" şəbəkələrinin nümayəndələri ilə görüş keçirib.
Görüşü BDU THİK sədri Hacıbaba Mustafayev açıq elan edib. BDU THİK və "Park Cinema" şəbəkələrinin dəstəyi ilə fəaliyyət göstərən RERH Cinema Klub  haqqında məlumat verib. Keçirilən qala gecəsində 155 tələbənin iştirakı barəsində məlumat verib. Bu layihənin tələbələrin təşəbbüsü olduğunu xüsusi vurğulayıb.
Sonra "Park Cinema" şəbəkələrinin nümayəndələri Marketinq departamentinin rəhbəri Üzeyir Abdullayev və Pr menecer Səbinə Bağırova çıxış edib. Onlar tələblərin bu təşəbbüsünü dəstəklədiklərini söyləyiblər.
RERH Cinema Klubun təsisçiləri Rəvan Əliyev və Emil Bağızadə çıxış ediblər.
Cinema Klubun fəalliyyət strukturu ilə bağlı məlumat veriblər.
Xüsusi olaraq qeyd olunub ki, BDU THİK tərəfindən ərsəyə gətirilən "Khojaly Crime Against Humanity" sənədli filminin təqdimatı 26 fevral tarixində Park Cinemada baş tutacaq.
Sonda BDU THİK heyəti "Park Cinema" şəbəkələrinin nümayəndələrinə dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, BDU THİK və "Park Cinema" şəbəkələrinin dəstəyi ilə fəaliyyət göstərən RERH Cinema Klub layihəsinin əsas məqsədi tələbələrin film sektoruna və yerli filmlərə maraqlarının artırılmasından ibarətdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo