BDU THİK və “MH Films” tərəfindən ərsəyə gətirilən sənədli filmin “Park Cinema”da təqdimat mərasimi keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “MH Films” tərəfindən ərsəyə gətirilən “Xocalı – insanlığa qarşı cinayət” sənədli filminin “Park Cinema”da təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev filmin Xocalı cinayətlərinin beynəlxalq arenada tanıdılması yolunda atılmış addımlardan biri olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Naqif Mirzəyev çıxışında ermənilərin təcavüzkarlıq siyasəti, Xocalı soyqırımının dəhşətlərindən söhbət açıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində reallaşdırılan aksiyaların böyük əhəmiyyətini diqqətə çatdırıb.
Filmin rejissoru, BDU THİK sədri Hacıbaba Mustafayev “Xocalı – insanlığa qarşı cinayət”in XX əsrin ən dəhşətli soyqırımı barədə həqiqətləri dünyaya çatdıracağını və iki beynəlxalq film festivalında nümayiş etdiriləcəyini deyib.
Təqdimat mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri, Dünya Axıska Türkləri Birliyinin təmsilçisi Xalid Xəlilov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. 

Qeyd edək ki, “Xocalı – insanlığa qarşı cinayət” sənədli filmi bir neçə beynəlxalq film festivalda yarışacaq.


#bdu #thik #khojaly #parkcinema

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo