BDU THİK heyətləri fəxri fərmanlarla təltif olunub.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin bütün fakültələrdən ibarət olan heyətləri ictimai fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunublar.
Təltifetmə mərasimdə BDU THİK sədri Hacıbaba Mustafayev və BDU-nun Humanitar məsələlər və gənclərlə iş şöbəsinin müdiri Ramin Səmədov iştirak edib.
Daim universitetin ictimai həyatında THİK heyətinin aktiv olduğu xüsusi vurğulanıb.
Bununla yanaşı THİK tərəfindən həyata keçirilən bir sıra tədbirlərin, təlimlərin, turnirlərin, spartakiadanın uğurlu təşəbbüsləri barədə tələbələrə məlumat verilib və statistik məlumatlar təqdim edilib.
Qeyd edək ki, 2022-23-cü tədris ilində tələbələrin sosial və ictimai sahədə aktiv fəaliyyətləri xüsusi nəzərə alınıb. İdarə heyətləri ilə yanaşı klub rəhbərləri də təltif olunub.
#bdu #thik #təltifetmə

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo