BDU THİK təşkilatçılığı ilə Simvologiya sahəsinə aid təlim keçirilib.BDU THİK təşkilatçılığı ilə Simvologiya sahəsinə aid təlim keçirilib.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Simvologiya sahəsinə aid ikinci təlim baş tutub.
Təlimçi Belçika Elmlər Akademiyasının Simvologiya seminarları iştirakçısı, BMT-nin beynəlxalq seminarlarının iştirakçısı, BDU THİK sədri Hacıbaba Mustafayev olub.
Təlimin mövzusu "Orta əsr dövrlərinə aid simvollar" olub. Əsasən Orta əsr Qərb dövlətlərinin və cəgavər ordenlərinin  simvolikası haqqında məlumatlar verilib.
Eyni zamanda BDU THİK sədri Hacıbaba Mustafayev simvolların semantikasının tarixi dövrlərdə dəyişməsinə xüsusi toxunub. Simvolun tarixi dövrlər çərçivəsində dəyişməsi və yenilənməsinin səbəblərini açıqlayıb.
Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, tələbələrin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.

#bdu #thik #simvologiya

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo