BDU THİK təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın bağlanış mərasimi keçirilib.
Daha sonra idman yarışlarının qalibləri elan olunub.
Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarışlarda BDU-nun bütün fakültələrindən 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.
Spartakiada çərçivəsində keçirilən fakültələrarası futbol turnirində Tarix fakültəsi I, Hüquq fakültəsi II, Coğrafiya fakültəsi isə III yeri qazanıb. 

Voleybol yarışlarında Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi I, Ekologiya və torpaqşünaslıq fakültəsi II, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi isə III yeri tutub.
Şəxsi birincilik yarışlarının qalibləri də mükafatlandırılıb. 

Şahmat üzrə qızlarda şəxsi birincilik yarışının qalibləri:
1.İbrahimova Türanə (Hüquq fakültəsi)
2. Allahverdiyeva Solmaz (Mexanika- riyaziyyat fakültəsi)
3. Əlizadə Firavan (Hüquq fakültəsi ) 

Şahmat üzrə oğlanlarda şəxsi birincilik yarışının qalibləri:
1. İlyaslı Uğur (Hüquq fakültəsi)
2. Bayramov Ülvi (Kimya fakültəsi)
3. Ağayev Elmin (Biologiya fakültəsi)
Dama üzrə qız-oğlan şəxsi birincilik yarışının qalibləri:
1. Yüzbaşıyeva Nərmin (Mexanika-riyaziyyat fakültəsi
2. Səfiyev Fəxrəddin (Hüquq fakültəsi)
3. Əliyev Sübhan (Kimya fakültəsi) 

Stolüstü tennis üzrə qızlarda şəxsi birincilik yarışının qalibləri:
1. Ələkbərova Fatimə (Kimya fakültəsi)
2. Barbaşteh Aynaz (Hüquq fakültəsi)
3. Hüseyn Xədicə (Kimya fakültəsi) 

Stolüstü tennis üzrə oğlanlarda
şəxsi birincilik yarışının qalibləri:
1. Qasımzadə Əli (Hüquq fakültəsi)
2. Babayev Ağababa (Sosial Elmlər və Psixologiya fakültəsi)
3. Məmmədov Ziya (Sosial Elmlər və Psixologiya fakültəsi) 

Qaliblər kubok, medallarla və diplomlarla təltif olunublar.

#bdu #thik #spartakiada

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo