BDU THİK sədri Hacıbaba Mustafayev  təhsil və səhiyyə mövzularında təşkil olunan beynəlxalq konfranslarda iştirak edib.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev 23-30 May tarixlərində təhsil və səhiyyə mövzularında təşkil olunan beynəlxalq konfranslarda iştirak səbəbi ilə İsveçrə Konfederasiyasında səfərdə olub. İlk olaraq 23 May tarixində Beynəlxalq Texniki və Akademik Tədqiqatlar İnstitutunun Cenevrə şəhərində “Təhsildə yeni texnologiyaların tətbiqi” mövzüsunda keçirilən konfransında məruzə ilə çıxış edərək əsasən THİK sədri olaraq fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetində son illərdə texnoloji sahənin inkişafına göstərilən diqqət və tələbələrə yeni texnologiyaların tətbiqi ilə öz layihələrini beynəlxalq səviyyədə nümayiş etdirmək üçün verilən dəstək ilə bağlı məlumat verib. Daha sonra 23-24 tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının 75-ci sessiyası çərçivəsində baş tutan “Təhsil müəssisələrində səhiyyənin təşkili” mövzusunda baş tutan iclasda iştirak edib. İclasın əsas məruzəçiləri olaraq Ümumdunya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreisus, Pakistanın Federal Səhiyyə naziri Abdul Qadir Patel, Banqladeşin Səhiyyə naziri Zahid Maliq, Finlandiya dövlət katibi Eila Makipa çıxış ediblər. İclasda Azərbaycan ilə bağlı sualı cavablandıran H. Mustafayev pandemiya dövründə təhsil müəssisələrində təhsil alanların sağlamlığının qorunması üçün yüksək səviyyədə tədbirlərin görüldüyünü qeyd edib.

#bdu #thik #konfrans

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo